Rus sülhməramlılarından Azərbaycana qarşı növbəti böhtan

saytların hazırlanması

Evə çatdırılma

Rus sülhməramlılarından Azərbaycana qarşı növbəti böhtan

Maraqlı

24 Noyabr 2022 23:25 1085


Azərbaycan ərazilərinə erməni quldur dəstələrinin, qanunsuz silahlı qüvvələrin silah-sursat daşımasına, 2021-ci il Ermənistan istehsalı olan minlərlə minanın basdırılmasına şərait yaradan Rusiyanın “sülhməramlı” hərbi kontingenti növbəti dəfə Azərbaycanı ittiham edən açıqlama ilə çıxış edib.

Yenisabah.az xəbər verir, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti 24 iyun saat 19.00-da yaydığı bülletendə atəşkəsin Azərbaycan tərəfdən pozulduğunu iddia edib. İddia olunub ki, atəşkəsin bir dəfə pozulması halı “Maqavuz” – söhbət Tərtər rayonunun Çardaqlı kəndindən gedir – istiqamətində qeydə alınıb.

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin komandanlığı ənənəsinə sadiq qalaraq yenə də “Dağlıq Qarabağ”, həmçinin “Maqavuz” kimi yarlıqlardan istifadə ediblər və qeyd olunduğu kimi, Azərbaycanı ittiham mövqeyini sərgiləyiblər. pizza

Görünür, general-mayor Volkovun rəhbərlik etdiyi rus kontingent Azərbaycanın dəlil-sübutlarının qarşılığında şər-böhtana əl atıblar. Ötən həftə də Rusiya kontingenti erməni separatçılarının saxta xəbərinin ardınca eyni məzmunlu məlumat yayaraq, Azərbaycanı ermənilərə məxsus texnikaya atəş açmaqda ittiham etmişdi. Hansı ki, son iki gün ərzində Qarabağdakı erməni silahlılar Şuşa, Xocalı, Füzuli istiqamətində hərbçilərimizi atəşə tutublar, amma bütün bu faktlar Volkovun bülletenlərində əksini tapmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!