Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“30 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminin saxlanmasına nəzarət Rusiya sülhməramlıları tərəfindən həyata keçirilir”, – deyə Rusiya MN-nin məlumatında deyilir. Dördpendirli pizza
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.
“Martuni (Xocavənd) və Martakert (Ağdərə) rayonlarında iki marşrut üzrə patrul əməliyyatları aparılıb. Azərbaycan Respublikasının dörd karvanı Şuşa-Laçın və Şuşa-Zarıslı marşrutları üzrə müşayiət olunub.
Rusiya sülhməramlı kontingentinin minaaxtaran dəstələri obyektlərin və ərazinin minalardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,2 ha ərazi minalardan təmizlənib.
Rusiya sülhməramlıları təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə əməkdaşlığı davam etdirir”, – deyə məlumatda qeyd olunur.
Telegram kanalımız