Rus zabiti ermənilərin basdırdığı minanın partlaması nəticəsində öldü

saytların hazırlanması

Evə çatdırılma

Rus zabiti ermənilərin basdırdığı minanın partlaması nəticəsində öldü

Hadisə

18 Dekabr 2020 22:57 1253


Rusiya ordusunun zabiti Dağlıq Qarabağda - Şuşa ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

"17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - Müdafiə Nazirliyində bildirilib. pizza sifarişi

Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar erməni hərbçilər tərəfindən basdırılıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!