Rusca danışan məktəb direktoru işdən QOVULDU

saytların hazırlanması

Evə çatdırılma

Rusca danışan məktəb direktoru işdən QOVULDU

Dünya

14 May 2025 21:58 475


“Kiyevdə məktəb direktoru rus dilindən istifadə etdiyinə görə işdən azad olunub”.

Bu barədə Ukraynanın təhsil üzrə ombudsmanı Nadejda Leşik öz feysbuk səhifəsində məlumat verib.

"Təhsil müəssisələrindən birinin rəhbərinin rus dilində ünsiyyət qurması ilə bağlı valideynlərdən kollektiv müraciət aldım. Valideynlər, o cümlədən hərbçilər bildiriblər ki, müəssisənin direktoru vəzifə səlahiyyətlərini icra edərkən rus dilindən istifadə edir, dövlət dilindən istifadə edilməsinin zəruriliyi ilə bağlı dəfələrlə edilən iradlara məhəl qoymur və bunu onun üçün belə danışmağın daha rahat olması ilə əsaslandırır", – deyə o yazıb. pizza hut

Valideynlər iddia ediblər ki, məktəbin direktoru şagirdlərlə və məktəb tədbirlərində rus dilində danışaraq dil normalarını pozur. Onlar bunu sübut etmək üçün direktorun dövlət dili olmayan dildən istifadə etdiyini göstərən videoyazılar təqdim ediblər.

Valideynlərin müraciətində göstərilən faktların yoxlanması məqsədilə müəssisənin təsisçisinə məktub göndərilərək direktorun dövlət dilini bilmə səviyyəsinin və təhsil prosesində təsis sənədlərinin dil tələblərinə əməl olunmasının təsdiqlənməsi tələb olunub. Eyni zamanda, dövlət dilinin müdafiəsi üzrə səlahiyyətli şəxsə də müraciət edilib.

Təhsil idarəetmə orqanının məlumatına görə, bu müəssisə 2021-ci ilin yanvarından onun tabeliyinə verilib və həmin vaxt direktorun dövlət dilini bilmə səviyyəsini təsdiqləməsi tövsiyə olunub. Lakin 2025-ci ilin aprel ayına olan məlumata əsasən, bu barədə sertifikat təqdim edilməyib. Bu isə onun vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyinin əsas göstəricisi sayılıb və nəticədə o, işdən azad edilib.

Ukrayna Konstitusiyasının 10-cu maddəsinə əsasən, Ukrayna dili dövlət dili olaraq müəyyən edilib. "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanuna əsasən, təhsil sahəsində onun istifadəsi məcburidir və effektiv ünsiyyət üçün tələb olunur.//Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!