Rusiya 152 ton məhsulu Azərbaycana qaytartdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya 152 ton məhsulu Azərbaycana qaytartdı

Dünya

30 May 2025 12:03 505


"Rosselxoznadzor"un Dağıstan üzrə idarəsinin mütəxəssisləri Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub.

Yenisabah.az “Moskovski Komsolets”ə istinadla xəbər verir ki, söhbət ümumən 152 ton olan bitki məhsullarının 9 partiyasından gedir.

“Yaraq-Kazmalyar” və “Tağırkənt-Kazmalyar” beynəlxalq nəzarət-buraxılış məntəqələrində sənədlərə baxış zamanı Azərbaycandan etibarsız fitosanitar sertifikatı olan məhsulların gətirildiyi aşkar edilib. Marqarita pizza

Məhsullar ixracatçı ölkəyə qaytarılıb.

Bundan başqa, “Viaduk” gömrük-logistika terminalında aparılan təkrar yoxlama zamanı Azərbaycandan daxil olan 18 partiyada ümumi çəkisi 400 tondan çox olan pomidor, kartof və almada zərərvericilər aşkar edilib.

Çirklənmiş məhsullar dezinfeksiyaya göndərilib və təkrar yoxlamadan sonra sərbəst dövriyyəyə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!