Rusiya Minsk qrupunun buraxılmasını dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Minsk qrupunun buraxılmasını dəstəkləyir

Dünya

29 Avqust 2025 11:43 307


Rusiya ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycan və Ermənistanın birgə qərarını dəstəkləyir.

Yenisabah.az RBK-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupun 2025-ci ilin dekabrına qədər tam ləğv edilməsi planlaşdırılır: “Söhbət üç institutun - Minsk qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun işinə xitam verilməsindən gedir”. Marqarita pizza

Lukaşeviç Minsk qrupunun saxlanmasının məqsədəuyğun olmaması ilə bağlı Azərbaycan və Ermənistanın mövqeyini nəzərə alaraq, onun ləğvinin qarşısını almaq üçün heç bir əsas görmədiklərini qeyd edib.

Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Minsk Qrupunun ləğvi barədə sentyabrın 1-də qərarın qəbulu gözlənilir.

Təşkilatdan ATƏT-in Minsk qrupunun sentyabrın 1-də ləğvi ilə bağlı qərar layihəsi təsdiq üçün iştirakçı dövlətlərə təqdim edilib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun tərkibinə həmsədr ölkələr - ABŞ, Fransa və Rusiya daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!