Rusiyanın dövlət enerji şirkəti “Qazprom” “Şimal axını” təbii qaz kəmərində daha bir turbinin təmirə alınacağını açıqlayaraq, Avropaya təbii qaz axınının 33 milyon kubmetrə qədər azalacağını bildirib.
Yenisabah.az xəbər verir ki, keçən həftə bəzi turbinlərin təmiri başa çatdıqdan sonra yenidən Avropaya 67 milyon kubmetr təbii qaz tədarük etməyə başlayan Rusiyanın dövlət enerji şirkəti Qazprom, yeni baxım səbəbiylə təbii qaz nəqlinin yarıya qədər azalacağını açıqlayıb.
Bildirilib ki, iyulun 27-si səhər saat 07:00-da başlayacaq işlər nəticəsində “Şimal axını”ndan təbii qaz nəqli 67 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azalacaq. Toyuqlu pizza
Telegram kanalımız