Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır

Siyasət

18 Noyabr 2024 21:44 408


"Biz Ermənistan və Azərbaycan arasında həll edilməli olan problemlərin Rusiyanın dəstəyi ilə öz həllini tapmasında maraqlıyıq".

Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov İrəvanda "Zvartnots" hava limanında jurnalistlərlə söhbətində bildirib.

O bəyan edib ki, rəsmi Moskva Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. pizza mizza

"Rusiya həmişə dəstək verməyə, Azərbaycan və Ermənistan parlament sədrləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır", - deyə Vorobyov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!