Rusiya Azərbaycana hərbi müdaxilə edə bilər? - “Kremlin bu addımı atmasını...”

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Azərbaycana hərbi müdaxilə edə bilər? - “Kremlin bu addımı atmasını...”

Siyasət

01 İyul 2025 20:26 39346


“Rusiya Azərbaycanın tam müstəqil siyasət yürütməsini hələ də qəbul etmək istəmir və onu keçmiş sovet respublikası kimi görməyə çalışır. Amma unudur ki, tarix artıq geridönməz şəkildə dəyişib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Mütəllim Rəhimli deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Rusiyada qısqanclıq və narahatlıq yaradıb: pizza hut

“Rusiyanın hazırkı addımları onun imperialist düşüncələrindən irəli gəlir. Biz əvvəllər də görmüşük ki, Rusiya keçmiş sovet ölkələrində zorakılıq törətməkdən, Gürcüstan və Ukraynaya hərbi müdaxilə etməkdən çəkinməyib.

Rusiya üçün siyasi və hərbi maraqların olduğu bölgələrdə döyüşmək qaçılmazdır, çünki Kremlin fikrincə, geosiyasi maraqlarını itirmək dövlət kimi mövcudluğunu təhlükə altına alar”.

Ekspert bildirib ki, Rusiya Azərbaycanla yaranmış gərginliyi hərbi təzyiqlə həll etmək istəyərdi, amma hazırda buna gücü çatmır:

“Ukraynadakı müharibədə qarşılaşdığı çətinliklər, Yaxın Şərqdən çəkilməsi və iqtisadi problemlər Rusiyanı zəif vəziyyətə salıb. Eyni zamanda, Azərbaycanın güclü hərbi potensialı və müttəfiqlərinin dəstəyi Kremlin bu addımı atmasını əngəlləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rasif
    Birləşək, bir olaq, parçalanmayaq. Əgər hərbi müdaxilə olarsa, ya hamımız məhv olaq, ya da rusiyanı məhv edək. Artıq kölə kimi yaşamağa haqqımız yoxdur!!! Ya öl, ya azad ol!!!
    10 months ago