Rusiya Azərbaycanda kombayn istehsal edəcək

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Azərbaycanda kombayn istehsal edəcək

İqtisadiyyat

09 Fevral 2021 15:17 889


Rusiyanın "Rostselmaş" şirkəti Azərbaycandakı tərəfdaşları ilə ölkədə 100-dən çox kombaynın istehsalına dair imkanları müzakirə edir.

Yenisabah.az xəbər verir ki, bunu Rostov vilayətinin qubernatorunun müavini İqor Sorokin deyib.

Onun sözlərinə görə, cari ildə eksperimental olaraq ilk partiyanın istehsalı planlaşdırılır. Pepperoni pizza

Qeyd edək ki, 2019-cu ildə "Rostselmaş"ın baş direktoru Valeri Maltsev Azərbaycanda istehsal prosesinin işə salınması barədə planları açıqlamışdır. Həmin il bu istiqamətdə "Rostselmaş"la Azərbaycanın “Azərmaş” arasında müvafiq sənəd imzalanıb. Sənədə uyğun olaraq, Azərbaycanda "Nova" markalı kombaynların istehsalı nəzərdə tutulurdu.

Layihənin 2020-ci ildə başlanacağı, ilk mərhələdə isə 40-50 kombaynın yığılması nəzərdə tutulurdu. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!