Rusiya Azərbaycandan alma idxalı ilə bağlı bir neçə müəssisənin məhdudiyyətini ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Azərbaycandan alma idxalı ilə bağlı bir neçə müəssisənin məhdudiyyətini ləğv etdi

İqtisadiyyat

18 Dekabr 2020 20:59 1166


Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırıb.

Yenisabah.az yerli KİV-ə istinadən xəbər verir ki, dekabrın 21-dən etibarən “TurAz” MMC, “Ran Fruit”, “Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.

Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir. pizza

Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.

Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!