Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu

İqtisadiyyat

09 Dekabr 2020 02:17 1400


Rusiya 10 dekabrdan etibarən Azərbaycandan alma və pomidor idxalını müvəqqəti qadağan edəcək.

Yenisabah.az "İzvestiya"ya istnadla xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un (Baytarlıq və Fitosanitar Nəzarət üçün Federal Xidmət) 8 dekabrda yayımlanan açıqlamasında deyilir.

Federal Xidmətdən bildirilib ki, Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər üçün karantin mallarının Rusiya Federasiyası ərazisinə tədarükü hallarının sistematik şəkildə müəyyənləşdirilməsi barədə dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Marqarita pizza

"Rosselxoznadzor" qeyd edib ki, təkcə 22 oktyabrda mütəxəssilər 17 dəfə Avrasiya İqtisadi Birliyi üçün karantin hesab edilən cənubi amerika pomidor güvəsi və şərq güvəsi aşkar ediblər. 

"Fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün "Rosselxoznadzor" 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qaldı", - deyə federal xidmət yazır.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!