Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Siyasət

06 İyul 2025 16:49 8090


Hazırda Moskvada nümayəndə heyəti hazırlanır və o, gələn həftə Bakıya qeyri-rəsmi səfər edərək iki ölkə arasındakı münaqişənin həllinə çalışacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, şəxsən Rusiya Prezidenti Putinin mesajı çatdırılacaq və həbs olunanların mübadiləsi təklifi verilə bilər. Dominos pizza

Bildirilib ki, nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, hazırkı fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkov başçılıq edə bilər.

“Azərbaycanla münasibətlərdə yaranan fəsadlar hazırda Kremlin planlarına daxil deyil. Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək imkanı yoxdur”, - mənbə kanala açıqlamasında deyib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!