Rusiya bankları Xankəndidə filiallarını açır?   - Xəbər yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya bankları Xankəndidə filiallarını açır? - Xəbər yayıldı

Hadisə

23 Yanvar 2021 15:31 2114


Ermənistan banklarının Qarabağdakı şöbələri bağlanır. 

Yenisabah.az xəbər verir ki, bu haqda işğalçı ölkənin bəzi teleqram-kanalları məlumat yayıb. 

“Stepanakertdəki mənbələrimiz “Ameria” və “Ardşinbank”ın Qarabağdakı filiallarının bağlanması barədə məlumat verirlər. Söhbətin yalnız bu bankların filiallarının, yoxsa Qarabağdakı Ermənistan banklarının bütün filiallarının bağlanmasından getməsi hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, Rusiyanın "Vneştorqbank"(“VTB”) bankı yaxın vaxtlarda Qarabağın bank bazarına daxil olacaq"- yayılan xəbərdə belə deyilir. Dördpendirli pizza

Xatırladaq ki,  Rusiyanın adı çəkilən bankı hələ 2008-ci ildə Azərbaycana müraciət etmədən erməni işğalı altındakı Xankəndində törəmə filialını açıb. Lakin Azərbaycan Milli(indi Mərkəzi) Bankının xəbərdarlığından sonra həmin filial bağlanıb və  "VTB"-nin Azərbaycanın "AF Bank"-ının səhm nəzarət paketini almasına icazə verilib. Bu minvalla "VTB" Azərbaycan bank bazarına daxil olub,  onun burada filialları açılıb və hazırda da uğurla fəliyyət göstərirlər.  /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!