Rusiya Baş naziri müavininin İrəvana səssiz-səmirsiz səfəri

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Baş naziri müavininin İrəvana səssiz-səmirsiz səfəri

Dünya

17 Dekabr 2025 13:13 367


“Azadlıq” radiosunun məlumatına görə, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistandadır.

"Yeni Sabah" xəbər verir ki, onun səfəri və görüşləri ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Keçən həftə Overçuk bəyan edib ki, nə vaxtsa Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq, çünki hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil. Dominos pizza

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin də dekabrın 16-da bəyan edib ki, Rusiya “Tramp yolu” təşəbbüsünün parametrləri və Moskvanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır.

Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bəyan edib ki, Rusiya ilə “Tramp yolu” layihəsində iştirakla bağlı heç bir müzakirə aparılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!