“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” - Mariya Zaxarova

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” - Mariya Zaxarova

Siyasət

09 Aprel 2020 22:27 789


“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Bununla da ATƏT-in Minsk Qrupu məşğul olur”. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə seperatçı rejimin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirdi "seçkilərə" münasibət bildirərkən deyib.

Rusiya XİN sözçüsü bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının olduğunu xatırladıb: “Hesab edirik ki, seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir. Bununla yanaşı, Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Hesab etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra sülh yolu ilə nizamlanması prosesi hansısa mənada adıçəkilən tədbirdən asılıdır”. Sezar pizza

M.Zaxarova məlum məsələyə münasibət bildirməsinin Rusiya XİN-in öz təşəbbüsü olmadığını, onlara ünvanlanan suala cavab olaraq bildirildiyini söyləyib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!