Rusiya Daxili İşlər Nazirliyi Belarus vətəndaşı, "stend-up" komediyaçısı İdrak Mirzəlizadənin Rusiyada qalmasının arzuolunmazlığı ilə bağlı qərar qəbul edib.
Nairliyin internet saytındakı məlumatlara görə, o, çıxışında "ruslara qarşı nifrəti qızışdıran və insan ləyaqətini alçaldan" ifadələr işlədib.
"Buna görə də Daxili İşlər Nazirliyi hesab edir ki, Mirzəlizadənin Rusiyada qalması ictimai asayişi və digər insanların hüquqlarını təhdid edir". pizza hut
Bundan başqa, məlumatda qeyd olunur ki, bu qərar "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında" Federal Qanunun 25.10-cu maddəsinin dördüncü hissəsinə uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl İdrak Mirzəlizadə 10 sutka həbs cəzası alıb.
Telegram kanalımız