Rusiya Dneprə hücum edib, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Dneprə hücum edib, yaralılar var

Dünya

30 Sentyabr 2025 18:46 279


Rusiya ordusu Dnepr şəhərinə pilotsuz uçan aparatlarla hücum edib, nəticədə şəhərdə yanğınlar baş verib və yaralılar var.

Yenisabah.az  xəbər verir ki, bu barədə unian-a Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat verib.

“Ruslar Dnepri PUA ilə vurublar. İlkin məlumata görə, yaralılar var”, – o bildirib. Dominos pizza

Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın qeydə alınıb. Ətraflı məlumatlar dəqiqləşdirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, dron hücumu nəticəsində şəhərin mərkəzində genişmiqyaslı yanğın başlayıb, xüsusilə avtomobillər yanır, çox sayda insan qəlpə yarası alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!