Rusiya Donetski bombaladı - Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Donetski bombaladı - Ölənlər var

Dünya

23 Noyabr 2025 13:54 586


Son sutka ərzində Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinə endirdiyi artilleriya zərbələri nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin “Telegram” kanalında bildirib.

“Limanda bir nəfər həlak olub. Kramatorskda 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Aleksandrovska icmasının Dmitriya-Daryevka kəndində ev zədələnib. Konstantinovkada 2 nəfər yaralanıb, avtomobil və məbəd zərər görüb. Baxmut rayonunun Severesk şəhərində isə yeddi ev dağılıb”, – deyə o dəqiqləşdirib. pizza mizza

Filaşkinin sözlərinə görə, cəmi bir sutka ərzində Rusiya hərbçiləri Donetsk vilayətinin yaşayış məntəqələrini 19 dəfə atəşə tutublar, cəbhə xəttindən 221 nəfər, o cümlədən 95 uşaq təxliyə olunub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!