Rusiya ən məşhur “İsgəndər” raket komplekslərini Ukrayna sərhədinə apardı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ən məşhur “İsgəndər” raket komplekslərini Ukrayna sərhədinə apardı

Dünya

09 Aprel 2021 12:12 798


Rusiya Mərkəzi Hərbi Dairəsi 119-cu raket briqadasına məxsus “İsgəndər” əməliyyat-taktiki raket komplekslərini Voronej yaxınlığına yerləşdirib.

Yenisabah.az xəbər verir ki, barədə Britaniyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “Janes” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiyanın quru qoşunlarının 14 bölməsi martın sonlarından etibarən Ukrayna sərhədi yaxınlığına yerləşdirilib, ya da yerləşdirilir. pizza sifarişi

Mərkəzi Hərbi Dairəsindən tanklar, PDM-lər, 152 mm-lik 2C19 MSTA-S topları, özüyeriyən artilleriya, TOS-1A və 220 mm-lik BM-27 “Urağan” reaktiv yaylım atəş sistemləri ilə təchiz olunmuş 74 və 35-ci briqadalar, 120-ci artilleriya briqadası və 6-cı tank alayının dislokasiyasının həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, dünən “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaratdığı ilə bağlı məlumat yaymışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!