Rusiya Ərdoğanın təklifinə “yox” dedi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ərdoğanın təklifinə “yox” dedi

Dünya

27 Noyabr 2025 11:56 538


"Taxıl müqaviləsinin vaxtı bitdi".

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Türkiyə Prezidenti Ərdoğanın taxıl dəhlizi sazişinin yenilənməsini müzakirə etmək niyyəti ilə bağlı sualı cavablandırıb: pizza sifarişi

"Taxıl müqaviləsinin vaxtı, deyəsən, bitib. Təbii ki, qida təhlükəsizliyi sahəsində səmərəli səylərin lazım olduğu anlayışı var. Bir çox beynəlxalq məsələlərə özünün kvazihumanitar yanaşması ilə öyünən Avropa İttifaqı, əslində, ərzaq bazarlarında vəziyyəti sabitləşdirməyə kömək edəcək bir sıra anlaşmanın həyata keçirilməsini sadəcə sabotaj etdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!