Rusiya erməniləri Paşinyanın istefasını tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya erməniləri Paşinyanın istefasını tələb edir

Dünya

06 Dekabr 2020 08:52 797


Rusiyanın Kalininqrad vilayətinin erməniləri Ermənistanda Rusiya əleyhinə hücumları dayandırmağı tələb ediblər.

Yenisabah.az Ermənistan mediasına istinadla xəbər verir ki, Kalininqrad vilayətinin erməni diasporunun üzvləri müraciətlə çıxış edərək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın təcili istefası məsələsini də qaldırıblar.

Vilayətdəki erməni diasporu nümayəndələrinin tələbləri arasında Milli Razılıq hökumətinin yaradılması, Ermənistan parlamentinə erkən seçkilər, “Hayastan” fondundan ictimai hesab tələbi və Rusiyaya qarşı bəyanatların dayandırılması da var. (Report) pizza hut

Qeyd edək ki, daha əvvəl Rusiyadakı erməni əsilli iş adamları da Nikol Paşinyanı istefaya çağırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!