Rusiya ermənilərinin lideri Paşinyanı sərt tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ermənilərinin lideri Paşinyanı sərt tənqid etdi

Rəsmi

25 İyun 2021 13:11 2528


“Ermənistan hakimiyyəti cəmiyyətin diqqətini real problemlərdən yayındırmağa çalışır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya Ermənilər Birliyinin rəhbəri Ara Abrahamyan deyib. O, “Facebook” paylaşımında "İzmirlian" tibb mərkəzinin direktoru Armen Çarçyanın həbsini siyasi təhdid adlandırıb:

“Görkəmli və hörmətli həkim, professor Armen Çarçyanın həbsi açıq bir siyasi təhdid aktı və cari Ermənistan rəhbərliyinin üç ildir həll etmədiyi, həmçinin həll etmək niyyətində olmadığı real problemlərdən ictimaiyyəti yayındırmaq cəhdidir”. pizza mizza

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda Çarçyana qarşı Cinayət Məcəlləsinin 154.2-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi (seçicilərə rüşvət vermək, rüşvət almaq, seçki zamanı xeyriyyəçilik qadağasını pozmaq və ya seçicinin iradəsini sərbəst ifadə etməsinə mane olmaq) ilə cinayət işi başlanıb. Nəticədə o, iyunun 18-də  nəzarətə götürülüb, lakin daha sonra məhkəmə onun həbsindən imtina edib. İyunun 23-də isə məhkəmə yenidən Çarçyanın həbs olunmasına qərar verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!