Rusiya Ermənistana xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistana xəbərdarlıq etdi

Dünya

31 Oktyabr 2020 11:42 8833


Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti mozaika virusuna (meyvə, tərəvəz və dekorativ bitkilər daxil olmaqla, 100-dən çox bitki növündə aşkarlanan virus-red) görə Ermənistandan pomidorun idxalını məhdudlaşdıra bilər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə federal xidmətdə bildiriblər.

Xidmət Ermənistana Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi xahiş edib. Qeyd edilir ki, xidmət tərəvəzlərdə virusun təkrar aşkarlanacağı təqdirdə pomidorun Ermənistandan idxalını məhdudlaşdıra bilər. pizza hut

Qeyd edək ki, Ermənistandan Rusiyaya göndərilmiş pomidorlarda virus aşkarlanıb. Ekspertlər qeyd edib ki, virus Rusiyada tərəvəzçiliyə böyük ziyan vurmaq baxımından olduqca təhlükəlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!