“Rusiya Ermənistanın xəyal belə edə bilmədiyi silahlar göndərib”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Ermənistanın xəyal belə edə bilmədiyi silahlar göndərib”

Dünya

20 Noyabr 2020 07:31 19684


Rusiya müharibə zamanı Ermənistana bütün lazımi silahları və hətta daha artığını göndərib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə noyabrın 19-da Yerevanda keçirilən mətbuat konfransında keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan bildirib. “Müharibənin ilk günündən, hələ Ermənistanın dövlət başçısı Rusiya prezidenti ilə telefonla əlaqə saxlamamışdan əvvəl Rusiya Ermənistana bizim xəyal belə edə bilmədiyimiz silahları göndərib”, deyə Akopyan əlavə edib.

Onun sözlərinə görə, Rusiya bu münaqişədə özünü Ermənistana əsl dost dövlət kimi aparıb, baxmayaraq ki, Ermənistan rəhbərliyi özünü çox da layiqli şəkildə aparmayıb. pizza

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə Ermənistana qanunsuz silah göndərildiyini bəyan edib, açıq şəkildə Rusiyanı münaqişədə Ermənistana birtərəfli dəstək göstərməkdə ittiham edib. Xüsusən, o bildirib ki, Rusiyadan Ermənistana onlarla aviareys həyata keçirilib, bu reyslərlə Ermənistana yüz tonlarla müxtəlif silahlar göndərilib.

RF prezidenti Vladimir Putin özü də noyabrın 17-də Rusiya televiziyasına müsahibəsində müharibə günləri Ermənistana hərbi dəstək göstərildiyini etiraf edib.

Onun sözlərinə görə, müharibə dövründə Rusiya Ermənistanla hərbi və hərbi-texniki əməkdaşlıq çərçivəsindəki öhdəliklərini tam şəkildə yerinə yetirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!