Rusiya FIDE üzvlüyündən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya FIDE üzvlüyündən çıxarıldı

İdman

08 İyun 2024 20:57 439


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Komissiyası Rusiya Şahmat Federasiyasını (RŞF) iki il müddətinə təşkilata üzvlükdən məhrum edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu qərara səbəb Rusiya Şahmat Federasiyasına sanksiyalar altında olan şəxslərin daxil olması olub. Diskvalifikasiyaya RŞF-nin Krımda turnirlər və tədbirlər keçirməsi də təsir edib.

Sonuncu məqam isə siyasi neytrallığa əməl edilməməsi olub. Dördpendirli pizza

Bundan əlavə, FIDE prezidenti Arkadi Dvorkoviç RŞF Himayəçilər Şurasının üzvü olmasına görə töhmət alıb.

Qeyd edək ki, sözügedən qərar 60 gün sonra qüvvəyə minəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!