Rusiya Xəzər donanmasına aid 15 hərbi gəmini Qara dənizə göndərib.
Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairənin mətbuat xidmətindən verilən ilkin məlumatda deyilir: "Nəzarət yoxlamasının bir hissəsi olaraq 3 topçu və 8 desant kateri daxil olmaqla, 15 hərbi və dəstək gəmisi Xəzərdən Qara dənizə keçid edir".
Gəmi keçidinin yoxlama-nəzarət işləri ilə əlaqədar olduğu vurğulansa da, müşahidəçilər bunun Ukraynanın şərqindəki gərginlik və NATO-nun Qara dənizdə keçirdiyi təlimlərlə əlaqədar olduğunu qeyd edir. Dominos pizza
Telegram kanalımız