Rusiya helikopteri ilə bağlı daha bir açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rusiya helikopteri ilə bağlı daha bir açıqlama

Hadisə

12 Noyabr 2020 11:57 1410


Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Dağlıq Qarabağda münaqişə zonasında hərbi əməliyyatların dayandırıldığı rayonlara nəzarət edəcək.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, helikopterlər sülhməramlı əməliyyatlar zamanı Dağlıq Qarabağda atəşkəsə nəzarət bölgəsində havadan monitorinqi həyata keçirəcəklər. Sezar pizza

Qeyd olunub ki, helikopterlər həmçinin sülhməramlı qüvvələrin maddi-texniki təminatı və şəxsi heyətinin çətinliklə gedilə bilən rayonlara çatdırılmasına da cəlb olunacaqlar.

Helikopterlər An-124 “Ruslan” hərbi-nəqliyyat vasitələrində İrəvana göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!