Rusiya hərbçiləri qədim məbədimiz üzərindən separatçıların əski parçasını birdəfəlik çıxardı...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya hərbçiləri qədim məbədimiz üzərindən separatçıların əski parçasını birdəfəlik çıxardı...

Rəsmi

30 Sentyabr 2021 20:15 1318


"Rus sülhməramlıları gəldi və nəhayət,  öz əlləri ilə qəti şəkildə  Artsax bayrağını Amarasdan çıxardılar. Bir neçə gün əvvəl gəlib bayrağı götürmüşdülər, amma sonra biz yenidən onu yerinə taxmışdıq”.

Yenisabah.az xəbər verir ki,  bunu Ermənistanın “QALA” nəşrinə  Azərbaycan Respublikası Xocavənd rayonunun Cütçü kəndinin qanunsuz separatçı rəhbəri Lernik Avanesyan söyləyib.

 "Ruslar bizə buraya hər hansı bayraq gətirməməyi və  asmamağı söylədi. Bayrağa görə onlarla mübahisə etməyəcəyik ki? Bilmirəm, azərbaycanlılar bunu tələb edir, yoxsa burada başqa bir şey var. Ruslar bizə heç nə demədilər, komandirlərinin əmri olduğunu söyləyib bayrağı öz əlləri ilə çıxardılar. Ruslar bizi qoruyur. Bu insanlar bizi qoruyur -onlarla dava edə bilmərik ki? " – deyə sonda L.Avanesyan bildirib. pizza hut

Xatırladaq ki, bir neçə gün öncə Moderator.az Azərbaycan hərbçilərinin qədimdə Azərbaycandakı xristian türk tayfalarına məxsus olmuş  Amaras məbədi üzərindəki erməni separatçılarının əski parçasını çıxarmalarını tələb etməsi haqda məlumat vermişdi. Həmin vaxt erməni mənbələri guya hansısa Rusiya generalının separatçı əski parçasının yerinə Ermənistan bayrağını sancmağı əmr etməsi haqda məlumat yayımışdı.../Moderator.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!