Rusiya hərbi gəmiləri Bakı limanında lövbər atdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya hərbi gəmiləri Bakı limanında lövbər atdı

Rəsmi

18 Sentyabr 2021 13:47 1274


Rusiya Federasiyası Xəzər donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlib.

Yenisabah.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.

Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Toyuqlu pizza

Səfər sentyabrın 20-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!