"Rusiya prezidenti V. Putin ölkənin silahlanmsı və yeni dünya nizamında rolunu gücləndirmək üçün yeni konsepsiyaya malikdir. Məhz bununla o, ABŞ -la geosiyasi toqquşmaları davam etdirməklə, Rusiyanı fövqəldövlət statusuna gətirməyi planlayır. Buna qismən nail olsa da, iki qütblü dünya siyasi nizamı formalaşdırmağa nail ola bilməyib".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, Rusiyanın iqtisadiyyatı zəiflədiyi üçün Putin Rusiya vətəndaşlarını ölkənin fövqəl dövlət statusuna gətirməklə inkişafı istiqamətində mütərrəqi islahatlara gedəcəyini çox vaxt sətiraltı mesajla bildirir: "Putin ictimaiyyətə xitabən daima Qərbin Rusiyanı parçalamağa çalışdığını qeyd etməklə rusların şüur altına məhz özünün buna yolverməyəcəyini, əvəzsiz olduğunu və Rusiyanı gücləndirəcəyini yeridir. Bununla daxildə sosial problemləri məhz paraçalanmaq xofu ilə imitasiya edir. Putin bununla həm öz hakimiyyətini möhkəmləndirir, həm də Rusiyanı sürətli silahlanmaya aparır. Həqiqətəndə Putinin Rusiyanı fövqəldövlətə çevirmək planı, əsasən, onun millətiçi baxışlarından irəli gəlir. Özünün dediyi kimi KQB məktəbində vətənə son dərəcə bağlılıq tərbiyəsində təhsil aldığını vurğulayıb. Bu gün Rusiyanın tərkibində olan respublikalar da rus dilinin inkişafı üçün yeni konsepsiyalar və qanunlar qəbul etməklə millətçi baxış ortaya qoyub. Bundan əlavə, MDB məkanında rus dilinin inkişafı üçün üzv dövlətlərdə yeni layihələr həyata keçirməyə çalışır və bu məsələni diqqətdə saxlayır. Yəni Rusiyanın çar sistemi kimi daha da böyük bir sistemdə oturuşmasına nail olamağa çalışır. Məhz ona görə də o, hakimiyyətdən getmir, silahlanmaya milyardlarla dollar ayırmaqla federasiyanın genişlənməsini və Postsovet məkanında mütləq siyasi ambissiyalrını bərpa etməyə çalışır".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın qarşısında əsas maneə ABŞ -dır və onunla silahlanma yarışında çalışır ki, ABŞ -ın mövqelərini Avrasiyada zəiflətsin: "Təbii ki, Putinin buna nail olacağı mümkün görünmür. ABŞ post-pandemiya dövründə Avropada yeni silah və raketlər yerləşdirməklə Rusiyanın bu istiqamətdə qarşısını alacaq. Rusiya ötən gün Hiporsonik aviasiya raketinin sınağını keçirməklə Rusiyanın qüdrətini nümayiş etdirməyə çalışdı. Məhz Putin dünyaya mesajında Rusiyanın hipersilahlarını dünyanın istənilən nöqtəsini vurmaq gücündə olduğunu qeyd etməklə bir növ ABŞ meydan oxuyurdu. Putinin yeni silahların sınaqda keçirməsi ABŞ -la silahlanma yarışında yeni mərhələnin başlanğıcıdır. Rusiya təhdidlərə qarşı “X-101”, “Kalıbar” və “Tsirkon” kimi raket sistemləriylə təhlükəsizliyini təmin etməklə proseslərə başladı. ABŞ və Rusiya arasında strateji hücum silahlarının azaldılması barədə razılığın əldə olunmaması yeni dünya nizamında beynəlxalq təhlükəsizliyi təhdid edəcək. Putinin bu gedişləri növbəti mərhələdə postsovet ölkələri üçün müəyyən risklər yaradır. Bu ölkələrin Avropaya inteqrasiyasının qarşısının alınmasında yeni bir təzyiqlərin ortaya çıxması mümkündür. Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa Rusiyanın müəyyən siyasi təzyiqləri ilə qarşılaşa bilər. Moskva təkcə öz hərbi təzyiqləri deyil, siyasi təzyiqlər vasitəsilə qonşu ölkələrə qarşı planları reallaşdıra bilər. ABŞ və Rusiya arasında yaşanan siyasi gərginlik və silahlanma yarışı Azərbaycana təsirləri qaçılmazdır. Hər iki ölkə Azərbaycanla yaxın tərəfdaşdır və Minsk qrupu çərçivəsində Cənubi Qafqazda Qarabağ münaqişəsinin həllində tərəfaşlıq edirlər. Məhz iki ölkə arasında davam edən bu böhran tərəflərin ortaq məxrəcə gəlməsinə mane olur. Rusiya və ABŞ arasında siyasi böhranın dərinləşəcəyi və bunun regionumuzda ciddi təsirlərin olacağı istisna deyil". Marqarita pizza
Telegram kanalımız