Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fikirlərini bölüşüb.
Yenisabah.az xəbər verir ki, dövlət başçısı bununla bağlı qeyd edib:
“Onlar (Avropa İttifaqı – red.) Rusiya qazından imtina etmək niyyətindədir. Biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdəki Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Heç vaxt təklif etməmişik ki, buna alternativ ola bilərik. Sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq”. Sezar pizza
Telegram kanalımız