Rusiya ilə sərhəddə növbələrin həll edilməsi müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ilə sərhəddə növbələrin həll edilməsi müzakirə olundu

Maraqlı

21 Fevral 2023 10:48 707


Rusiya ilə sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılması müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Rusiyanın Dağıstan Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilmiş görüşdə qeyd edilib.

Görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub. Toyuqlu pizza

Xatırladaq ki, Rusiyanın Dağıstan Hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun Azərbaycana səfəri dünən başlayıb. Səfər zamanı Rusiya rəsmisi Azərbaycan hökumətinin nümayəndələri ilə görüşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!