Rusiya ilə sülh üçün 3 şərt AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ilə sülh üçün 3 şərt AÇIQLANDI

Dünya

17 Mart 2025 17:15 345


Ukrayna Rusiya ilə sülh üçün 3 şərt açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrii Sybiha ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklif etdiyini və sülh danışıqları olacağı təqdirdə Ukraynanın masaya oturacağı üç şərti açıqladığını bildirib.

Sybiha çıxışında Rusiya-Ukrayna müharibəsini bitirmək üçün fürsət yarandığını bildirərək, “Səudiyyə Ərəbistanındakı amerikalı həmkarlarımızla bu mövzuda 8 saat müzakirə aparıb” deyə qeyd edib. Sezar pizza

ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklif edib və Ukraynanın bu təklifi qəbul edib qeyd edən Sybiha, “Ruslar bu suala aydın və qeyd-şərtsiz ‘hə’ cavabını verməlidir. Ukrayna ABŞ-ın təklifini əlavə şərtlər olmadan qəbul edib, Rusiya da əlavə şərtlər olmadan qəbul etməlidir”, - deyə vurğulayıb.

Nazir Sybiha Ukrayna mətbuatına verdiyi açıqlamada, sülh danışıqları baş tutacağı təqdirdə Ukraynanın masaya qoyacağı şərtləri açıqlayıb. O, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin əsas prioritetlər olduğunu bildirərək, bunları qeyd edib:

1.     Ərazi bütövlüyü və suverenlik: “Ukrayna heç vaxt işğal edilmiş əraziləri tanımayıb.”

2.     Ukraynanın müstəqil seçimi: “Heç bir ölkənin Ukrayna xalqının seçiminə və Ukraynanın müəyyən qoşunlara qoşulma seçiminə veto qoymağa haqqı olmayıb.”

3.     Ordunun qorunması: “Üçüncü ‘qırmızı xətt’ ordub.”

Sybiha sonda Rusiya tərəfinin bu şərtləri qəbul etməsinin vacibliyini vurğulayıb.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!