"Türkiyə ilə Rusiya arasında milli valyutalarla ticarət üçün zəmanət lazımdır".
Yenisabah.az "“Dünya”ya istinadla xəbər verir ki, bunu Türkiyə-Rusiya İş Şurasının rəhbəri İzzət Ekmekçibaşı deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara bundan əvvəl Moskvaya ticarətdə milli valyutalara keçməyi təklif edib. Marqarita pizza
“Rusiya ilə ticarət artıq yerli valyutada aparılırdı, lakin məzənnə çox aşağı idi. Həcmlərin artması üçün iki ölkə qarşılıqlı təminatları artırmalıdır. Hər iki ölkə bu məsələ üzərində işləyir. Qarşılıqlı 5 milyard dollarlıq zəmanət verilsə, o zaman türk lirəsi ilə 5 milyard dollarlıq mal ixrac edə biləcəyik”, - deyə Ekmekçibaşının sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya barter ticarəti imkanlarını nəzərdən keçirir, Ankaranın artıq belə təcrübəsi var. “Türkiyə 80-ci illərin sonlarında barter ticarəti ilə məşğul idi və bu, uğurlu təcrübə idi. Bu variant üzərində də araşdırmalar aparılır".
Telegram kanalımız