Rusiya İranda 4 atom elektrik stansiyası (AES) tikmək barədə Tehranla razılığa gəlib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, müqavilənin dəyəri 25 milyard dollara qədərdir.
Müqaviləni “İran Hormoz” ilə Rusiyanın “Rosatom” şirkəti rəhbələri imzalayıb. AES-ər Hörmüzqan vilayətinin Sirik şəhərində inşa olunacaq. pizza
Bu həftənin əvvəlində Rusiya və İran İranda kiçik atom elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
"Rosatom" dövlət korporasiyasının bəyanatına görə, sənəddə bu strateji layihənin İranda həyata keçirilməsinə yönəlmiş konkret addımlar öz əksini tapıb. Müqavilənin təfərrüatları barədə məlumat verilməyib.
Artıq Rusiyanın İranda böyük bir atom elektrik stansiyası layihəsi var - Buşehr. Onun 1000 MVt gücündə olan birinci bloku 2013-cü ildə İran sifarişçisinə təhvil verilib. 2016-cı ildə ikinci fazanın tikintisinə başlanılıb (II və III bloklar, ümumi gücü 2100 MVt). II blokda işlərin 2024-cü ildə, III blokun isə 2026-cı ildə başa çatdırılması planlaşdırılırdı.
Telegram kanalımız