Rusiya İstintaq Komitəsi azərbaycanlını qətlə yetirən polisi sərbəst buraxdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya İstintaq Komitəsi azərbaycanlını qətlə yetirən polisi sərbəst buraxdı

Kriminal

04 İyun 2021 22:56 1877


Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis avtoinspektoru Aleksandr Qusev azadlığa çıxıb.

Yenisabah.az bildirir ki, yerli KİV-də yayılan xəbərlərə görə, onun sərbəst buraxılması barədə göstərişi Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Basrıkin şəxsən özü verib. Barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən Qusev ölkəni tərk etməmək barədə arayış qarşılığında azad edilib.

Qeyd edək ki, bu faktın özü, ilk növbədə Rusiyanın hüquq sistemində ciddi problemlərin olduğunu və hadisəyə yanaşmada siyasi ayrı-seçkilik  motivlərinin mövcudluğunu nümayiş etdirir. Dominos pizza

Onu da bildirək ki, Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. Bəs görəsən rəsmi Tbilisi öz vətəndaşına niyə sahib çıxmır? Bu məsələ Gürcüstan tərəfindən beynəlxalq təşkilatlarda qaldırılacaqmı? Təəsüf ki, bütün bu suallar hələ də cavabsız qalır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!