Rusiya Karapetyanın müdafiəsinə qalxdı: Zaxarova “lazımi yardım göstərəcəyik” deyir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Karapetyanın müdafiəsinə qalxdı: Zaxarova “lazımi yardım göstərəcəyik” deyir

Siyasət

18 İyun 2025 00:40 1518


Moskva Rusiya vətəndaşı Samvel Karapetyan ətrafında vəziyyəti izləyir və ona köməklik göstəriləcək.

Yenisabah.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: "Moskva İrəvanda qəribə bəhanələrlə az qala həbs olunacağı ilə hədələnən Rusiya vətəndaşı Karapetyan ətrafında vəziyyəti diqqətlə izləyir. Biz ona lazımi yardımı göstərəcəyik ki, onun bütün qanuni hüquqlarına əməl olunsun".

Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı biznesmen və erməni əsilli xeyriyyəçi, “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Karapetyanın evində axtarış aparır. Marqarita pizza

Rusiya mətbuatının yaydığı məlumata görə, onlarla İrəvan sakini Samvel Karapetyanın axtarış aparılan evinin önünə. Bildirilir ki, onlar Erməni Apostol Kilsəsinin (AAK) müdafiəsi ilə bağlı çıxış edən Karapetyanı dəstəkləməyə gəliblər. Polis onun evinin əsas çıxışını tamamilə bağlayıb. Evə bitişik küçədə də polis əməkdaşları var, əsasən patrul və mühafizə xidməti. Küçədə hərəkət çətin olsa da, bağlanmayıb. Hazırda vəziyyət sakitdir, həbslər dayandırılıb.

Ermənistan Daxili İşlər Nazirliyi istintaq hərəkətləri və həbslər barədə məlumatı təsdiqləyib, lakin saxlanılanlar arasında Karapetyanın olub-olmadığını açıqlamayıb. İlkin məlumata görə, iş adamına dəstək ifadə etməyə gələn 45 vətəndaş saxlanılıb. Polis həmçinin qonşu küçədən bir neçə avtomobili təxliyə edib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!