“Rusiya Kiyevdən 70 km geri sıxışdırılıb“ - Ukraynalı general

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Kiyevdən 70 km geri sıxışdırılıb“ - Ukraynalı general

Maraqlı

18 Mart 2022 17:51 602


Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini Kiyevdən Dnepr sahillərinə doğru 70 km-dək geri sıxışdırıblar.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığı qərargahının rəis müavini, briqada generalı Oleksandr Qruzeviç məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Kiyevi ələ keçirməkdə iki başlıca hədəfi var: “Onlar bir zərbə ilə ölkəni başsız qoyub sonra şərtlərini diktə etmək istəyirdi. Ancaq onların bu planı uğursuzluğa düçar oldu. İşğalçıların planlaşdırdığı kimi, Kiyev üç gündə təslim olmadı. Biz onların planını tamamilə pozduq. Bu gün düşmən 70 km-dək geri sıxışdırılıb. Bununla da şəhərin xarici müdafiə dairəsi 70 km-dək genişlənib. Sol sahil üzrə də irəliləyiş var. Odur ki, sakit ola bilərsiniz. Ancaq düşmən ikinci taktikaya əl atıb. O, infrastrukturumuzu həyasızcasına atəşə tutur. İki müdafiə həlqəsi yaranıb. Düşmən dayandırılıb və uğur qazana bilmir. Onlar Brovarsk və Borispol istiqamətlərində fəal hücumdan imtina ediblər”. pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!