Rusiya “koronavirus 10-luğu”na düşdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiya “koronavirus 10-luğu”na düşdü

Dünya

18 Aprel 2020 13:59 914


Rusiya koronavirus infekisyasına yoluxma sayına görə ilk 10-luğa düşüb.

Yenisabah.az xəbər verir ki, koronavirusla bağlı ölkələrin statistikasını hazırlayan Con Hopkins Universitetinin açıqlamasına görə, Rusiya yoluxma sayına görə dünyada 10-cu yeri tutur. Artıq bu ölkədə koronavirusa yoluxanların sayı 36 793 nəfərə çatıb. Təkcə ötən gün 4785 yeni yoluxma qeydə alınıb.

Rusiya həm də koronavirus testinə görə dünyada ikinci sırada qərarlaşıb. Bu ölkədə 1.5 milyon nəfər testdən keçirilib.  Marqarita pizza

Con Hopkins Universitetinin statistikasında koronavirusa daha çox yoluxma halının olduğu ölkələr arasında ABŞ ilk pilləni tutur. Daha sonra İspaniya, İtaliya, Fransa, Almaniya, Böyük Britaniya, Çin, İran və Türkiyə gəlir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!