Rusiya koronavirusun məhv edilməsi üsulunu tapdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya koronavirusun məhv edilməsi üsulunu tapdı

Sağlamlıq

03 Aprel 2020 15:06 780


Rusiya alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə aparmaq üsulu tapıblar. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb. 

Bildirilib ki, mütəxəssislər soyuq plazma ilə emal edilən suyun hətta koronavirusa qarşı öldürücü silah ola biləcəyini müəyyənləşdiriblər. pizza

İnfeksiyanın yayılması fonunda hava ilə yanaşı, virusun yerləşə biləcəyi səthlərin də dezinfeksiya olunması əhəmiyyətlidir.

Mütəxəssislər tərəfindən hazırlanmış maye orqanizm üçün tamamilə təhlükəsizdir. “Maqnaril” adlandırılan mayedə zülallar məhv olur və maye quruduqdan sonra səthdə heç bir virus qalmır.

Belə mayedən maskaların və müxtəlif əşyaların təmizlənməsi üçün istifadə etmək olar. O, istehsal üçün kifayət qədər sərfəlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!