Rusiya MN Qarabağdakı sülhməramlılar barədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya MN Qarabağdakı sülhməramlılar barədə məlumat yaydı

Rəsmi

17 Sentyabr 2022 09:51 1259


Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“30 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminin saxlanmasına nəzarət Rusiya sülhməramlıları tərəfindən həyata keçirilir. Dördpendirli pizza

O cümlədən Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb, Ağdərə və Xocavənd rayonlarında patrul xidməti həyata keçirilib.

Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə nazirliyin məlumatında qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!