Rusiya MN sülhməramlıların Qarabağda qəzaya düşməsi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya MN sülhməramlıların Qarabağda qəzaya düşməsi ilə bağlı məlumat yaydı

Hadisə

12 Dekabr 2023 20:23 837


2023-cü il dekabrın 11-də Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə məxsus BTR-82-nin dağ yolundan çıxaraq dərəyə aşması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, iki hərbçi isə orta və ağır xəsarətlər alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Toyuqlu pizza

Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiyaya aparılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!