Rusiya Moldovaya nəzarəti itirir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Moldovaya nəzarəti itirir

Dünya

02 Noyabr 2020 10:41 767


Moldovada keçirilən prezident seçkilərində qalib müəyyənləşməyib.

Yenisabah.az Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, seçki bülletenlərinin 90 faizi hesablanıb. Səsvermənin nəticələrinə görə, hazırkı Prezident İqor Dodon seçicilərin 35,84 faizini, keçmiş Baş Nazir Maya Sandu isə seçicilərin 32,15 faizini toplaya bilib.

Digər 6 namizəd isə az səslə digər iki namizəddən geri qalıb. pizza sifarişi

Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, seçkilərin ikinci turu keçirilir. Beləliklə, ikinci turda prezidentliyə namizədlər İqor Dodon və Maya Sandu mübarizə aparacaq.

Xatırladaq ki, Moldova Prezidenti İqor Dodon Rusiyapərəst siyasətçi kimi tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!