Rusiya Mübariz Mənsimov üçün detektiv göndərir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Mübariz Mənsimov üçün detektiv göndərir

Dünya

09 Aprel 2021 07:58 1397


Rusiyada müflis elan edilmiş “Palmali” MMC şirkətinin Türkiyə ərazisində əmlakını axtarmaq üçün detektivlər göndərilir. 

“Yeni Sabah” xəbər verir ki, müflisləşmə haqda Rusiya vahid federal Reyestrinin saytında göstərilir. Orada deyilir ki, detektivlərin xidməti “Palmali” MMC-nin hərracda satılan əmlakından daxil olan vəsaitlər hesabına ödəniləcək və hər bir hüquqi, yaxud fiziki şəxs bu xidmətə görə ayda 4 min dollardan çox olmayan haqq alacaq.

Detektivlər “Palmali Holding Company” şirkətinin sahibi Mübariz Mənsimovun 19 şirkətinə məxsus əmlakı axtarıb tapmalıdır. Rostovda fəaliyyət göstərmiş “Palmali” MMC bu şirkətin törəməsidir və 2018-ci ildə “Sberbank”ın iddiası əsasında müflis elan edilib. Şirkətin Rusiya ərazisindəki əmlakı, o cümlədən tankerləri borca görə müsadirə olunub. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!