Rusiya Müdafiə Nazirliyi NATO-ya xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Müdafiə Nazirliyi NATO-ya xəbərdarlıq etdi

Dünya

27 Dekabr 2020 21:44 1231


“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin “Dragon” esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın “Con Makkeyn” esminesi Böyük Pyotr körfəzinə daxil olub. pizza mizza

“Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda bildirdiyi kimi, Rusiya ilə güc dili ilə danışmamağı tövsiyə edirik

Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük”. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!