Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydı

Rəsmi

07 Aprel 2022 22:27 914


Rusiyanın Yuxarı Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir atəşkəs pozuntusu qeydə alınmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya sülhməramlıları Əsgəran, Ağdərə, Xocavənd və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirib.

Qeyd olunub ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

"Sülhməramlı kontingentin mühəndis-istehkam dəstələri ərazinin yoxlanılması, minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,8 hektar ərazi təmizlənib", - məlumatda deyilir. Toyuqlu pizza

Bildirilib ki, 2020-ci il noyabrın 23-dən indiyədək ümumilikdə 2362,3 hektar ərazi, 689,5 kilometr yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 min 258 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!