Rusiya Müdafiə Nazirliyi ukraynalı əsgərlərə: “Silahı yerə qoyun!“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Müdafiə Nazirliyi ukraynalı əsgərlərə: “Silahı yerə qoyun!“

Maraqlı

21 Mart 2022 17:27 500


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərində onlara qarşı döyüşən ukraynalı əsgərlərə bəyan edib ki, silahı yerə qoyan hər kəsə Mariupoldan təhlükəsiz çıxışa zəmanət verəcək.

Yennisabah.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Bölgədəki maneələrin aradan qaldırılması üçün ağır silahlardan istifadə olunmadan ev-ev, məhəllə-məhəllə, nöqtə əməliyyatları həyata keçirilib. Görülən təsirli tədbirlər sayəsində millətçilərin yaratdığı qorxu mərkəzindən 59 min 304 nəfər və 139 əcnəbi vətəndaş Rusiyaya köçürülüb. Amma əlimizdə olan məlumatlara görə, hazırda şəhərdə 6 ölkədən 130 minə qədər mülki şəxs və 184 əcnəbi vətəndaş girovluqdadır. Mariupolda rus qoşunlarına qarşı vuruşan Ukrayna əsgərləri, millətçi qruplar və Kiyev administrasiyası üçün çalışan muzdlulara müraciət edirik, silahı yerə qoyun",- Müdafiə Nazirliyinin məlumatında deyilir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!