Rusiya Naxçıvanla sərhəddə iki post yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Naxçıvanla sərhəddə iki post yaratdı

Maraqlı

14 Noyabr 2020 10:52 1070


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Ermənistanda dörd əlavə post yaradıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov məlumat verib.

FTX direktorunun sözlərinə görə, iki post Ermənistanla Naxçıvan sərhədində, daha ikisi isə Ermənistan-İran sərhədində yerləşdirilib. pizza sifarişi

“Lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Biz Azərbaycan sərhədçiləri ilə əlaqə yaratdıq, zəruri münasibətlər qurduq. İnformasiya mübadiləsi edirik”, - deyə A.Bortnikov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!