Rusiya nefti “su qiyməti”nı satılıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiya nefti “su qiyməti”nı satılıb

İqtisadiyyat

10 Yanvar 2023 09:25 1491


Rusiya nefti dünya qiymətlərinin yarısına satılır və “G7” ölkələrinin tətbiq etdiyi limitdən xeyli ucuzdur. 

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” “Argus” agentliyinin icmalına istinadən xəbər verir. 

Qeyd olunub ki, yanvarın 6-da Primorsk limanında “Urals” neftinin bir bareli 37,80 ABŞ dollarına, Şimal dənizində hasil olunan “Brent” nefti isə həmin gün 1 bareli 78,57 ABŞ dollarına satılıb.  Dominos pizza

Nəşr qeyd edib ki, Avropa İttifaqının embarqosu və Rusiya xammalına qoyulan məhdudiyyətlər rəsmi Moskvanı getdikcə Çin və Hindistandan asılı vəziyyətə salıb. 

Nəticədə Rusiya Yaxın Şərqdən gələn tədarüklərlə rəqabət aparmaq üçün nefti endirimlə satmağa məcburdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!